Xidmətlərimiz

İşimizin peşəkarıyıq!
Keyfiyyətli xidmət hər kəsin istəyidir, biz sizə yüksək keyfiyyətdə məhsul və xidmət təklif edirik!
Xidmətlərimiz
Şəkil:
Məhsul haqqında:

Yaşayış binalarında, ictimai və inzibati binalarda, mehmanxanalarda, banklarda, ofislərdə və bu kimi obyektlərdə sərnişinlərin daşınması üçün nəzərdə tutulub. Bu liftlərin əsas xüsusiyyətləri yükqaldırma qabiliyyəti, sürət, mərtəbə hündürlüyü, mühərrik otağının olması və ya olmaması və s. görə fərqlənir. Zəruri hallarda kabinlər əlavə funksiyalarla təchiz oluna bilərlər : video nəzarət, giriş məhdudlaşdırma cihazı (mexaniki və elektron açar), qrup halda işləmə və s.

Şəkil:
Məhsul haqqında:

Yük lifti – adından da bəlli olduğu kimi, yüklərin daşınması üçün effektiv nəqledici vasitədir. Əsas xarakteristikalarına görə geniş və fərqli seçim siyahısına malik olan yük liftləri adətən anbar, alış-veriş mərkəzi, bina və fabrik kimi müxtəlif yerlərdə istifadə üçün nəzərdə tutulmuşdur. Sərnişin liftlərindən fərqli olaraq bu növ liftlər daha sadə dizaynlı kabina, daha çox yükdaşıma qabiliyyəti və böyük döşəmə sahəsi və həcmə malik olurlar. Yükdaşıma qabiliyyətinə görə 630kq, 1000 kq, 1600 kq, 2000 kq, 3200 kq və daha çox ola bilirlər

Şəkil:
Məhsul haqqında:

Əlillər üçün olan liftlər əllilərin rahat şəkildə hərəkəti üçün yaşayış, sənaye və ictimai binaların daxilində və xaricində quraşdırıla bilər. Bu növ qaldırıcı avadanlıqdan insanın təkərli əlil arabasında 4 metrdən yuxarıya qaldırmaq və endirmək lazım olduqda istifadə olunur. Əlillər üçün iki növ qaldırıcılar mövcuddur: konsol asqılı və şaxta liftləri. Onların əsas fərgi dayaq konstruksiyasıdır. Konsol asqılı liftdə bir və ya iki dirəkdən, şaxta qaldırıcısında isə müvafiq olaraq şaxtadan istifadə olunur. Şaxta liftləri yalnız şaquli hərəkət üçün istifadə olunur, konsol asqılı liftlər isə çəp istiqamətdə quraşdırıla və hərəkət edə bilər. Əlil insanın qaldırıcıya bərkidilən əlil arabasında hərəkəti üçün, həmçinin tırtıl və ya pilləkən tipli qaldırıcılardan da istifadə olunur. Stasionar qaldırıcıdan fərqli olaraq onlar çox yer tutmur və asanlıqla hərəkət edirlər.

Şəkil:
Məhsul haqqında:

Xəstəxana liftləri – müalicə-profilaktika müəssisələrində daxili nəqledici vasitələrdə xəstələrin və onları müşayiət edən xidməti heyətin nəql edilməsində istifadə edilir. Adətən bu cür liftləri “liftçi” işlədir. Xəstəxana liftlərinin əsas özəlliyi, onların yüngül və rahat daşınma rejimində işləmələridir. Bu o deməkdir ki, yerdəyişmə prosesi daha rəvan və sərbəst olmalıdır ki, heç bir əsmə, titrəmə və vibrasiya halları baş verməsin.

Şəkil:
Məhsul haqqında:

Qaldırıcı Qurğu Sistemləri, məhsulların müxtəlif sahələrə daşınması kimi loqistik fəaliyyətlər üçün ən ideal məhsullardır. Binalarda, anbarlarda, fabriklərdə, ticarət mərkəzlərində və istədiyiniz hər yerdə yük daşıma işinin sıx olduğu yerlərdə açıq və qapalı məkanlarda quraşdırıla bilər. İşçilərin və yüklərin təhlükəsizliyi üçün lazımi bütün təhlükəsizlik sistemləri ilə təchiz edilmişdir.

Şəkil:
Məhsul haqqında:

İctimai yeməkxana və otel biznesində daha çox “mətbəx liftləri” istifadə olunur. Eyni zamanda “restoran liftləri” adlandırılan bu liftlər öz görünüşünə görə sərnişin liftlərinə oxşasa da, ölçü baxımından onlardan kiçik olurlar. Adətən hazır yeməklərin, çirkli boşqabların, yataq dəstlərinin, sanitar və digər əşyaların daşınması üçün istifadə olunan “servis liftləri” restoran, bar, banket zalları və mehmanxana işinin daha sürətli getməsini təmin edir. Bizim şirkətin təklif etdiyi liftlərdən seçim edərək iş zamanı yaranan vaxt itkisinin qarşısını ala bilərsiniz.

Şəkil:
Məhsul haqqında:

İnşaat liftləri – bu sinif maşınlar tikinti işləri zamanı personalın qaldırıb-düşürülməsi, tikinti materiallarının və alətlərin daşınması və bu yöndə digər işlərin istifadəsi üçün təyin edilmişdir. Bundan başqa universal yük-sərnişin qaldırıcılar da mövcuddur. Tikinti liftləri müxtəlif əlamətlərə görə bir neçə növə bölünürlər. İnşaat liftlərinin əsas parametrləri maksimal hündürlük və qaldırma sürətidir. Bu tip lifltlər hər bir hava şəraitinə dözümlü olurlar.

Şəkil:
Məhsul haqqında:

Liftlərlə müqayisədə daha çox sayda insan daşıma qabiliyyətinə malik olan eskalatorlar adətən liftlərin praktik olmadığı yerlərdə və yaxud onlarla birgə istifadə edilir. Pilləkənlə eyni boşluq məsafəsində rahatlıqla quraşdırıla bilən eskalatorlar eyni zamanda xarici mühitdə istifadə üçün hava şəraitinə dayanıqlı şəkildə istehsal edilir.

Şəkil:
Məhsul haqqında:

Eskalatorlar və travalatorlar cəmiyyətin hərəkəti üçün vacib olan mexanizmdir. İnsanları və yükləri mərtəbələrə qaldırmaq üçün bir çox fərqli qaldırıcı mexanizm var. Lakin çox sayda insanların hərəkət etməsi məsələsində, eskalatorlar və travalatorlar əvəz edilməz bir hərəkət mexanizmidir.

Sərnişinlər üçün daha yüksək səviyyəli etibarlılıq, rahatlıq, səmərəlilik, kod uyğunluğu və təhlükəsizliyi təmin etmək üçün ən son texnika ilə avadanlıqların istənilən maketi və modellərini modernləşdirə bilərik. Lift təftiş xidmətləri sayəsində, ətraflı araşdırma apararaq liftinizin vəziyyətini diqqətlə qiymətləndirə bilərik. Bu sorğunun nəticələrinə və şərtlərə əsasən avadanlıqları saxlamaq, bərpa etmək və ya dəyişdirməklə bağlı məsləhətlər verəcəyik.

Hər bir müştəri, hər bir bina və hər lift quraşdırması unikaldır, bu səbəbdən də hər təklifimizi müştərilərimizin xüsusiyyətlərinə uyğunlaşdırırıq. Ekspert texniki mütəxəssislərimiz Sizinlə danışmaq, layihənin unikal xüsusiyyətlərini dəqiq şəkildə əhatə etmək, dizayn və mümkün olan ən yaxşı nəticəni verməyi planlaşdırmaq üçün vaxt ayırır. Dizayndan və planlaşdırmadan son məhsulun qurulmasına qədər keçidin problemsiz həyata keçirilməsini təmin edəcəyik.

“Eco System” şirkətində qısa müddət ərzində liftləri təmir edə biləcək ixtisaslaşdırılmış mütəxəssislər çalışır. Əgər liftin əsaslı təmiri tələb edilirsə, onda iş mexanizminin hazırlanması, istənilən mümkün nasazlıqların aradan qaldırması tərəfimizdən təşkil olunur. Dövri proflaktiki təmirlər və liftlərə müntəzəm texniki xidmət onların daima saz vəziyyətdə olmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Əgər təmir mümkün deyilsə, lift avadanlığının və ya konkret detalın tam əvəz edilməsini vurğulayırıq. Biz ehtiyat hissələrin ən yaxşı təchizatçılarıyla daima sıx əməkdaşlıq edirik.