Qaldırıcı qurğular

0-dan bizimlə başlayın
Biz sizə yüksək keyfiyyətdə məhsul və xidmət təklif edirik!

Qaldırıcı qurğular

Hidravlik Yük Qaldırıcı Qurğu Sistemləri, məhsulların müxtəlif sahələrə daşınması kimi loqistik fəaliyyətlər üçün ən ideal məhsullardır. Binalarda, anbarlarda, fabriklərdə, ticarət mərkəzlərində və istədiyiniz hər yerdə yük daşıma işinin sıx olduğu yerlərdə açıq və qapalı məkanlarda quraşdırıla bilər. İşçilərin və yüklərin təhlükəsizliyi üçün lazımi bütün təhlükəsizlik sistemləri ilə təchiz edilmişdir.
Qayçıvari yük qaldırıcı qurğular:
Qayçıvari platformalar yüklərin qaldırılması üçün nəzərdə tutulmuşdur
Qalxma yüksəkliyi və platforma ölçüsünə əsaəsn 1, 2, 3, 4, 5 qaldırıcı qayçı
500 kq-dan 100.000 kq-a qədər qaldırma qabiliyyəti
Tək hərəkətli hidravlik silindrlə qaldırma
ST-52 keyfiyyətli materialdan hazırlanan qayçılar
Yük paylanmasına görə dizayn və istehsal olunan polad konstruksiya
EN 1570 standartlarına uyğun olaraq CE sertifikatı
Platforma hamar və möhkəm bir zəmində işləmək üçün nəzərdə tutulmuşdur

Kolonlu yük qaldırıcı qurğular:
Yüklərin bir mərtəbədən digərinə daşınması üçün uyğundur
Texniki tələblərə əsasən 1, 2, 4, 6 kolonlu sistem
100 kq-dan 10.000 kq-a qədər qaldırma qabiliyyəti
Təhlükəsiz iş rejimi üçün platforma ətrafında məhəccər və müxtəlif qapı növləri təyin edilə bilər
Platformanın 3 tərəfindən yükləmə və boşaltma imkanı
Elektrikin kəsilməsi halında platformanı manual endirmə imkanı
Ehtiyaca və döşəmə ölçüsünə görə xüsusi istehsal imkanı
Mərtəbələr arasında yüklərin qaldırılması üçün forkliftdən daha təhlükəsiz sistem
Az xərc tələb edən quraşdırma, istismar və təmir işləri
Seçimə əsasən hidravlik, mexaniki və ya tam avtomatik sistem
EN 1570 standartlarına uyğun olaraq CE sertifikatı
Əlavə polad zəncirlər vasitəsilə yüksək tonajlarda etibarlı iş təmin etmə imkanı