Eskalator

0-dan bizimlə başlayın
Biz sizə yüksək keyfiyyətdə məhsul və xidmət təklif edirik!

Eskalator

Eskalator, insanların məkanın müxtəlif mərtəbələri arasında daşınması üçün istifadə olunan bir konveyer nəqliyyat cihazıdır. Eskalatorlar, sürekli hərəkət edən pillələr vasitəsi ilə sərnişinləri qaldıraraq-endirərək işləyir. Praktiki olaraq, eskalatorlar çoxmərtəbəli binalarda, ticarət mərkəzlərində, hava limanlarında, dəmir yolu stansiyalarında, metropoliten stansiyalarında, yeraltı piyada keçidlərində və s. yerlərdə istifadə olunur. Eskalatorlar horizontal və bucaq altında (meyilli və ya üfüqi) yerləşdirilə bilər.

Eskalatorlar liftlərlə müqayisədə daha çox insan daşıya bilir və sərnişinlər ayaq üstə dururlar. Eskalatorların sürəti, 2,5-3,6 km/saat (az sürətli) ilə 12-17 km/saat (sürətli) arasında dəyişir. Eskalatorlar, 30 ilə 35 dərəcə arasında məyillənə bilər və 600 mm, 800 mm, 1000 mm genişliyində istehsal edilə bilər.