Sərnişin liftləri

0-dan bizimlə başlayın
Biz sizə yüksək keyfiyyətdə məhsul və xidmət təklif edirik!

Sərnişin liftləri

Sərnişin liftləri, yüksək binalarda insanların və kiçik əşyaların mərtəbələr arasında asanlıqla hərəkət etməsini təmin edən və həyatı daha da rahatlaşdıran qurğulardır. Ən çox istifadə olunan lift növləri arasında sərnişin liftləri gəlir. Bu liftlər, şaxta vasitəsi ilə hərəkət edə bilən və insanların yanı sıra bəzi kiçik yükləri də gətirib aparabilən böyük olmayan kabina vasitəsilə təchiz edilmişdir. Yükdaşıma qabiliyyətinə görə müxtəlif ölçüləri var - 240 kq, 320 kq, 400 kq, 630 kq, 800 kq, 1000 kq, 1200kq və 1600 kq.

Azərbaycan üzrə binaların sayı günü-gündən artır və əsasən Bakı kimi böyük şəhərlərdə daha da sürətlənir. Bu da deməkdir ki, hər bir bina üçün bir və ya daha çox sərnişin lifti təmin etmək mühüm hala gəlir. Bizim şirkətimiz "Eco System" lift satışı və təmiri üzrə fəaliyyət göstərir və müştərilərimizə ən mükəmməl sərnişin liftlərini təqdim edirik. Hər müştəri üçün liftin tələb və quyusunun uyğun olduğu fərqli variantları mövcuddur. Bizim saytımızda sərnişin liftlərinin modelləri və özəllikləri barədə daha ətraflı məlumat əldə edə bilərsiniz.